Azərbaycanda son 24 saatda koronavirusa 323 yoluxma halı aşkarlanıb
Azərbaycanda son 24 saatda koronavirusa 323 yeni yoluxma halı aşkarlanıb,5 pasiyent dünyasını dəyişib,228 nəfər isə sağalıb.Bu barədə məlumatı Trend Agentliyi Nazirlər Kabineti yanında mövcud Operativ Qərargahın məlumatlarına istinadən yayır.
İyunun 8-nə olan vəziyyətə görə, Azərbaycanda Covid 19-a cəmdə 7 876 yoluxma halı aşkarlanıb,93 nəfər dünyasını dəyişib.Ölkədə koronavirusdan sağalananların sayı isə 4 377-ni təşkil edir.
Xüsusi rejimli xəstəxanalarda hazırda 3406 nəfər müalicə olunur.
Hazırladı-Sevinc Mustafayeva