Azərbaycanda son 24 saatda 1997 nəfərdə koronavirus aşkarlanıb

16:32, 26.11.2021

Azərbaycanda son 24 saatda 1997 nəfərdə koronavirus aşkarlanıb, 2319 nəfər sağalıb.

Eyni zamanda, son sutka ərzində ölkədə Kovid-19-dan 31 xəstə dünyasını dəyişib.

Məlumatı Azərbaycan KİV-i Nazirlər Kabineti yanında operativ qərargahına istinadən yayıb.

Azərbaycanda noyabrın 26-na pandemiya başlayandan 582 504 nəfərdə koronavirus aşkarlanıb, onlardan 547 354 nəfər sağalıb, 7 767 nəfər vəfat edib.

Oxşar