Azərbaycanda son 24 saat ərzində koronavirusun 225 yeni halı qeydə alındı, 108 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 225 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 108 pasiyent müalicə olunaraq sağaldı, dörd pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 339 062 təsdiq olunmuş halı aşkar edilib, 331 537 pasiyent müalicə olunaraq sağalıb, 4 998 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 2 527 pasiyent müalicəsini davam etdirir.