Azərbaycanda son 24 saat ərzində koronavirusa 2500 yeni yoluxma halı aşkarlanıb, 33 nəfər isə vəfat edib
Azərbaycanda son 24 saat ərzində koronavirusa 2500 yeni yoluxma halı aşkarlanıb, 33 nəfər isə vəfat edib

Azərbaycanda son 24 saat ərzində koronavirusa 2500 yeni yoluxma halı aşkarlanıb, 2 243 pasiyent sağalıb, 33 nəfər isə vəfat edib.

Məlumatı Azərbaycan KİV-i ölkənin Nazirlər Kabinetinin operativ qərargahına istinadən yayıb.

Bundan əlavə, son 24 saat ərzində ölkədə 15 017 ədəd test aparılıb. Azərbaycanda pandemiya başlayandan indiyədək 544 650  koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 505 767 nəfər sağalıb, 7 241  nəfər vəfat edib.

Hazırda ölkədə aktiv pasiyent sayı 31 642 nəfərdir.