Azərbaycanda son 24 saat ərzində koronavirusa 2440 yoluxma halı aşkarlanıb, 26 nəfər isə vəfat edib
Azərbaycanda son 24 saat ərzində koronavirusa 2440 yoluxma halı aşkarlanıb, 2060 pasiyent sağalıb, 26 nəfər isə vəfat edib.
Məlumatı Azərbaycan KİV-i ölkənin Nazirlər Kabinetinin operativ qərargahına istinadən yayıb.
Bundan əlavə, son 24 saat ərzində ölkədə 13 794 ədəd test aparılıb. Azərbaycanda pandemiya başlayandan indiyədək 542 150 koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 503 524 nəfər sağalıb, 7 208 nəfər vəfat edib.
Hazırda ölkədə aktiv pasiyent sayı 31 418 nəfərdir.