Azərbaycanda son 24 saat ərzində 2124 koronavirusa yoluxma faktı aşkarlanıb, 2669 nəfər sağalıb

17:18, 18.11.2021

Azərbaycanda son 24 saat ərzində 2124 koronavirusa yoluxma faktı aşkarlanıb, 2669 nəfər sağalıb.

Eyni zamanda, son gündə ölkədə Kovid-19-dan 27 xəstə dünyasını dəyişib.

Məlumatı Azərbaycan KİV-i Nazirlər Kabineti yanında operativ qərargahına istinadən yayıb.

Noyabrın 18-i vəziyyətinə Azərbaycanda pandemiya başlayandan 568 089 nəfərdə koronavirus aşkarlanıb, onlardan 530 774 nəfər sağalıb.

Oxşar