Azərbaycanda son 24 saat ərzində 1448 nəfərdə koronavirus aşkarlanıb, onlardan 11 -i vəfat edib
Azərbaycanda son 24 saat ərzində 1448 nəfər koronavirusa yoluxub, 847 xəstə sağalıb, 11 nəfər vəfat edib.
Məlumatlar Azərbaycan KİV -ləri tərəfindən ölkənin Nazirlər Kabinetinin əməliyyat qərargahına əsaslanaraq yayılır.
Eyni zamanda, ölkədə son 24 saat ərzində 10 092 test aparılıb. Pandemiya başlayandan bəri Azərbaycanda 496,780 koronavirus halı təsdiqlənib, onlardan 476,229 xəstə sağalıb, 6720 şəx vəfar edib.
Hazırda ölkədə aktiv koronavirusa yoluxanların sayı 13 831 -dir.