Azərbaycanda koronavirusun 65 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 65 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 65 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 89 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 335 741 təsdiq olunmuş halı aşkar edilib, 329 959 pasiyent müalicə olunaraq sağalıb, 4 967 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 815 pasiyent müalicəsini davam etdirir.