Azərbaycanda son 24 saat ərzində koronavirusun 633 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 174 pasiyent müalicə olunaraq sağaldı, bir pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 343 849 təsdiq olunmuş halı aşkar edilib, 332 926 pasiyent müalicə olunaraq sağalıb, 5 009 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 5 900 pasiyent müalicəsini davam etdirir.