Azərbaycanda koronavirusun 60 yeni halı aşkar edildi, iki pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 60 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 148 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 335 399 təsdiq olunmuş halı aşkar edilib, 329 339 pasiyent müalicə olunaraq sağalıb, 4 961 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 1 099 pasiyent müalicəsini davam etdirir.