Azərbaycanda koronavirusun 57 yeni halı aşkar edildi, 84 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 57 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 84 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 335 625 təsdiq olunmuş halı aşkar edilib, 329 794 pasiyent müalicə olunaraq sağalıb, 4 965 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 866 pasiyent müalicəsini davam etdirir.
Ölkədə son 24 saat ərzində 7 948 test edildi.