Azərbaycanda koronavirusun 48 yeni halı aşkar edildi, 153 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda koronavirusun 48 yeni halı aşkar edildi, 153 pasiyent müalicə olunaraq sağaldı

Azərbaycanda son 24 saat ərzində koronavirusun 48 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 153 pasiyent müalicə olunaraq sağaldı.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 335 339 təsdiq olunmuş halı aşkar edilib, 329 191 pasiyent müalicə olunaraq sağalıb, 4 959 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 1 189 pasiyent müalicəsini davam etdirir.