Azərbaycanda koronavirusun 437 yeni halı aşkar edildi, 893 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 437 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 893 pasiyent müalicə olunaraq sağaldı, 14 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 331 477 təsdiq olunmuş halı aşkar edilib, 318 502 pasiyent müalicə olunaraq sağalıb, 4 828 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 8 147 pasiyent müalicəsini davam etdirir.