Azərbaycanda son 24 saat ərzində koronavirusun 4 129 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 968 pasiyent müalicə olunaraq sağaldı, 20 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 377 304 təsdiq olunmuş halı aşkar edilib, 341 142 pasiyent müalicə olunaraq sağalıb, 5 208 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 30 954 pasiyent müalicəsini davam etdirir.