Azərbaycanda koronavirusun 391 yeni halı qeydə alındı, 11 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 391 yeni halı qeydə alındı, 11 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 391 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 835 pasiyent müalicə olunaraq sağaldı, 11 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 486 378 təsdiq olunmuş halı aşkar edilib, 465 446 pasiyent müalicə olunaraq sağalıb, 6 584 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 14 348 pasiyent müalicəsini davam etdirir.