Azərbaycanda koronavirusun 386 yeni halı qeydə alındı, dörd pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 386 yeni halı qeydə alındı, dörd pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 386 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 149 pasiyent müalicə olunaraq sağaldı, dörd pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 340 443 təsdiq olunmuş halı aşkar edilib, 332 056 pasiyent müalicə olunaraq sağalıb, 5 006 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 3 381 pasiyent müalicəsini davam etdirir.