Azərbaycanda koronavirusun 363 yeni halı aşkar edildi, səkkiz insan vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 363 yeni halı aşkar edildi, səkkiz insan vəfat etdi.
Məlumatı yerli media ölkənin operativ qərargahına istinad edərək yayır.
Virusun yayılmasından bu günə qədər, Azərbaycanda 31 221 təsdiq olunmuş hal qeydə alınıb, 438 insan vəfat edib, 6 288 pasiyent müalicəsini davam etdirir.