Azərbaycanda son 24 saat ərzində koronavirusun 339 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 170 pasiyent müalicə olunaraq sağaldı, 12 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 331 040 təsdiq olunmuş halı aşkar edilib, 317 609 pasiyent müalicə olunaraq sağalıb, 4 814 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 8 617 pasiyent müalicəsini davam etdirir.