Azərbaycanda koronavirusun 3 928 yeni halı qeydə alındı, 1 151 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 3 968 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 151 pasiyent müalicə olunaraq sağaldı, 21 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 384 886 təsdiq olunmuş halı aşkar edilib, 343 407 pasiyent müalicə olunaraq sağalıb, 5 252 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 33 431 pasiyent müalicəsini davam etdirir.