Azərbaycanda koronavirusun 3 614 yeni halı qeydə alındı, 1 114 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 3 614 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 114 pasiyent müalicə olunaraq sağaldı, 23 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 380 918 təsdiq olunmuş halı aşkar edilib, 342 256 pasiyent müalicə olunaraq sağalıb, 5 231 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 33 431 pasiyent müalicəsini davam etdirir.