Azərbaycanda son 24 saat ərzində koronavirusun 3 551 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 196 pasiyent müalicə olunaraq sağaldı, 27 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 38 437 təsdiq olunmuş halı aşkar edilib, 344 603 pasiyent müalicə olunaraq sağalıb, 5 252 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 38 555 pasiyent müalicəsini davam etdirir.