Azərbaycanda koronavirusun 220 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 220 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 220 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 533 pasiyent müalicə olunaraq sağaldı, altı pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 333 317 təsdiq olunmuş halı aşkar edilib, 322 806 pasiyent müalicə olunaraq sağalıb, 4 891 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 5 620 pasiyent müalicəsini davam etdirir.