Azərbaycanda son 24 saat ərzində koronavirusun 212 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 92 pasiyent müalicə olunaraq sağaldı, bir pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 339 274 təsdiq olunmuş halı aşkar edilib, 331 629 pasiyent müalicə olunaraq sağalıb, 4 999 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 2 646 pasiyent müalicəsini davam etdirir.