Azərbaycanda koronavirusun 2 945 yeni halı qeydə alındı, 1 027 pasiyent sağaldı, 32 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 945 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 027 pasiyent müalicə olunaraq sağaldı, 32 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 394 451 təsdiq olunmuş halı aşkar edilib, 346 810 pasiyent müalicə olunaraq sağalıb, 5 340 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 42 301 pasiyent müalicəsini davam etdirir.