Azərbaycanda koronavirusun 2 508 yeni halı qeydə alındı, 37 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 508 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 4 076 pasiyent müalicə olunaraq sağaldı, 37 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 455 044 təsdiq olunmuş halı aşkar edilib, 401 300 pasiyent müalicə olunaraq sağalıb, 6 031 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 47 713 pasiyent müalicəsini davam etdirir.