Azərbaycanda koronavirusun 2 447 yeni halı qeydə alındı, 41 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 447 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 3 428 pasiyent müalicə olunaraq sağaldı, 41 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 447 725 təsdiq olunmuş halı aşkar edilib, 389 977 pasiyent müalicə olunaraq sağalıb, 5 920 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 51 828 pasiyent müalicəsini davam etdirir.