Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 396 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 674 pasiyent müalicə olunaraq sağaldı, 11 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 357 058 təsdiq olunmuş halı aşkar edilib, 336 445 pasiyent müalicə olunaraq sağalıb, 5 095 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 15 518 pasiyent müalicəsini davam etdirir.