Azərbaycanda koronavirusun 2 315 yeni halı qeydə alındı, 22 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 315 yeni halı qeydə alındı, 22 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 315 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 981 pasiyent müalicə olunaraq sağaldı, 22 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 514 289 təsdiq olunmuş halı aşkar edilib, 483 559 pasiyent müalicə olunaraq sağalıb, 6 869 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 23 861 pasiyent müalicəsini davam etdirir.