Azərbaycanda koronavirusun 2 293 yeni halı aşkar edildi, 31 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 293 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 2 071 pasiyent müalicə olunaraq sağaldı, 31 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 291 894 təsdiq olunmuş halı aşkar edilib, 255 833 pasiyent müalicə olunaraq sağalıb, 4 009 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 32 052 pasiyent müalicəsini davam etdirir.