Azərbaycanda koronavirusun 2 112 yeni halı qeydə alındı, 18 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 112 yeni halı qeydə alındı, 18 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 112 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 882 pasiyent müalicə olunaraq sağaldı, 18 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 511 974 təsdiq olunmuş halı aşkar edilib, 482 578 pasiyent müalicə olunaraq sağalıb, 6 847 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 22 549 pasiyent müalicəsini davam etdirir.