Azərbaycanda koronavirusun 2 064 yeni halı qeydə alındı, 28 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 2 064 yeni halı qeydə alındı, 28 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 2 064 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 831 pasiyent müalicə olunaraq sağaldı, 28 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 465 390 əsdiq olunmuş halı aşkar edilib,420 025 pasiyent müalicə olunaraq sağalıb, 6 195 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 39 170 pasiyent müalicəsini davam etdirir.