Azərbaycanda koronavirusun 199 yeni halı aşkar edildi, 74 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 199 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 74 pasiyent müalicə olunaraq sağaldı, iki pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 337 801 təsdiq olunmuş halı aşkar edilib, 331 020 pasiyent müalicə olunaraq sağalıb, 4 988 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 1 791 pasiyent müalicəsini davam etdirir.
Bununla yanaşı, son 24 saat ərzində ölkədə 9 093 test edildi.