Azərbaycanda koronavirusun 176 yeni halı aşkar edildi, 475 pasiyent müalicə olunaraq sağaldı
Azərbaycanda son 24 saat ərzində koronavirusun 176 yeni halı qeydə alındı, 4
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 486 pasiyent müalicə olunaraq sağaldı, dörd pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 333 864 təsdiq olunmuş halı aşkar edilib, 325 040 pasiyent müalicə olunaraq sağalıb, 4 171 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə koronavirusa qarşı vaksinlə 2 312 715 insan peyvən edilib.