Azərbaycanda son 24 saat ərzində koronavirusun 156 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 378 pasiyent müalicə olunaraq sağaldı, beş pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 334 288 təsdiq olunmuş halı aşkar edilib, 325 418 pasiyent müalicə olunaraq sağalıb, 4 926 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə koronavirusa yoluxan 3 944 pasiyent müalicəsini davam etdirir.