Azərbaycanda son 24 saat ərzində koronavirusun 156 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 442 pasiyent müalicə olunaraq sağaldı, yeddi pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 332 610 təsdiq olunmuş halı aşkar edilib, 321 132 pasiyent müalicə olunaraq sağalıb, 4 867 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 6 611 pasiyent müalicəsini davam etdirir.