Azərbaycanda koronavirusun 141 yeni halı aşkar edildi, altı pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 141 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 486 pasiyent müalicə olunaraq sağaldı, dörd pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 333 864 təsdiq olunmuş halı aşkar edilib, 324 103 pasiyent müalicə olunaraq sağalıb, 4 907 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə koronavirusa qarşı vaksinlə 2 522 809 insan peyvənd edilib.