Azərbaycanda koronavirusun 133 yeni halı aşkar edildi
Azərbaycanda koronavirusun 133 yeni halı aşkar edildi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 133 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 71 pasiyent müalicə olunaraq sağaldı, bir pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 337 456 təsdiq olunmuş halı aşkar edilib, 330 873 pasiyent müalicə olunaraq sağalıb, 4 988 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 1 595 pasiyent müalicəsini davam etdirir.

Vaksinasiyanın başlamasından bu günə qədər, ölkə miqyası ilə 4 159 298 vətəndaşa peyvənd edilib. Buradan bir dozanə 2 494 551, hər iki dozanı isə, 1 664 747 vətəndaş edib.