Azərbaycanda koronavirusun 1 896 yeni halı qeydə alındı, 19 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 896 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 764 pasiyent müalicə olunaraq sağaldı, 19 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 502 207 təsdiq olunmuş halı aşkar edilib, 478 403 pasiyent müalicə olunaraq sağalıb, 6 765 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 17 039 pasiyent müalicəsini davam etdirir.