Azərbaycanda koronavirusun 1 795 yeni halı qeydə alındı, 28 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 795 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 967 pasiyent müalicə olunaraq sağaldı, 28 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 590 113 təsdiq olunmuş halı aşkar edilib, 556 716 pasiyent müalicə olunaraq sağalıb, 7 884 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 25 513 pasiyent müalicəsini davam etdirir.