Azərbaycanda koronavirusun 1 783 yeni halı qeydə alındı, 32 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 1 783 yeni halı qeydə alındı, 32 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 783 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 3 680 pasiyent müalicə olunaraq sağaldı, 32 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 467 173 təsdiq olunmuş halı aşkar edilib, 423 705 pasiyent müalicə olunaraq sağalıb, 6 227 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 37 241 pasiyent müalicəsini davam etdirir.