Azərbaycanda koronavirusun 1 770 yeni halı qeydə alındı, 24 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 770 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 3 788 pasiyent müalicə olunaraq sağaldı, 24 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 468 943 təsdiq olunmuş halı aşkar edilib, 427 493 pasiyent müalicə olunaraq sağalıb, 6 251 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 35 199 pasiyent müalicəsini davam etdirir.