Azərbaycanda koronavirusun 1 681 yeni halı qeydə alındı, 12 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 1 681 yeni halı qeydə alındı, 12 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 681 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 675 pasiyent müalicə olunaraq sağaldı, 12 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 500 311 təsdiq olunmuş halı aşkar edilib, 477 639 pasiyent müalicə olunaraq sağalıb, 6 746 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 15 926 pasiyent müalicəsini davam etdirir.