Azərbaycanda koronavirusun 1 594 yeni halı qeydə alındı, 26 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 594 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 2 543 pasiyent müalicə olunaraq sağaldı, 26 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 475 053 təsdiq olunmuş halı aşkar edilib, 439 080 pasiyent müalicə olunaraq sağalıb, 6 353 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 29 620 pasiyent müalicəsini davam etdirir.