Azərbaycanda koronavirusun 1 406 yeni halı qeydə alındı, 18 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 406 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 1 787 pasiyent müalicə olunaraq sağaldı, 18 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 594 994 təsdiq olunmuş halı aşkar edilib, 562 786 pasiyent müalicə olunaraq sağalıb, 7 947 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 24 261 pasiyent müalicəsini davam etdirir.