Azərbaycanda koronavirusun 1 128 yeni halı qeydə alındı, 21 pasiyent vəfat etdi
Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 128 yeni halı qeydə alındı.
Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.
Ölkədə son bir gün ərzində 2 590 pasiyent müalicə olunaraq sağaldı, 21 pasiyent vəfat etdi.
Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 478 715 təsdiq olunmuş halı aşkar edilib, 446 643 pasiyent müalicə olunaraq sağalıb, 6 415 insan vəfat edib.
Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 25 657 pasiyent müalicəsini davam etdirir.