Azərbaycanda koronavirusun 1 099 yeni halı qeydə alındı, 18 pasiyent vəfat etdi
Azərbaycanda koronavirusun 1 099 yeni halı qeydə alındı, 18 pasiyent vəfat etdi

Azərbaycanda son 24 saat ərzində koronavirusun 1 099 yeni halı qeydə alındı.

Məlumatı Azərbaycan mediası ölkənin Nazirlər Kabineti yanında operativ qəragaha istinad edərək yayır.

Ölkədə son bir gün ərzində 2 404 pasiyent müalicə olunaraq sağaldı, 18 pasiyent vəfat etdi.

Virusun yayılmasından bu günə qədər Azərbaycanda “COVID-19”-un 479 814 təsdiq olunmuş halı aşkar edilib, 449 047 pasiyent müalicə olunaraq sağalıb, 6 433 insan vəfat edib.

Yayılan məlumata görə, ölkə miqyası ilə virusa yoluxmuş 24 334 pasiyent müalicəsini davam etdirir.