Azərbaycanda koronavirusa yoluxanların sayı 400-ə qədər artıb.
Bu haqda məlumatı infeksiya ilə mübarizə üçün operativ ştab yayır.
Yayılan məlumata görə, son 24 saat ərzində, Azərbaycan ərazisində, covid-19-a yoluxmanın 41 halı qeydə alınıb.
“Səkkiz nəfərin vəziyyəti ağırdır. Onlarla müqayisədə, yenə 11 nəfərin vəziyyəti demək olar ki, qənaətbəxşdir. Digər pasiyentlərin isə, sağlamlıq vəziyyəti stabildir” – deyilir ştab tərəfindən yayılan məlumatda.
Azərbaycanın nazirlər kabinetinin mətbuat katibi bəyan edir ki, qeydə alınan son hallar ölkə daxilində yayılır və heç biri xaricdən gətirilməyib.
Karantin rejimi zamanı, insanların küçədə hərəkət etmələrinə Azərbaycan polisi elektron sistem ilə nəzarət edir.