Azərbaycanda ötən bir sutkada koronavirusa 75 yeni yoluxma halı qeydə alınıb. 56 nəfər sağalıb, dünyasını dəyişənlərin sayı isə 1 nəfər artıb.
Azərbaycan mətbuatı məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən yayır.
1 iyul tarixinə olan göstəricilərə əsasən, ölkədə aktiv koronavirus hallarının sayı 872-dir.
Pandemiyanın başlamasından bu günədək Azərbaycanda koronavirusa 336,122 yoluxma halı qeydə alınıb ki, onlardan 330,275 pasiyent sağalıb, 4,975 nəfər isə dünyasını dəyişib.
Bununla yanaşı peyvəndləmənin başladılmasından bu günədək, ölkə miqyasında 3.597.108 vətəndaş peyvəndlənib. Bunlardan 2.256.816 vətəndaş bir doza ilə, 1.340.292 vətəndaş isə hər iki doza ilə peyvəndlənib.