Azərbaycanda genişmiqyaslı xüsusi əməliyyat nəticəsində həbs olunanlar arasında Gürcüstan vətəndaşı da var
Azərbaycanın Təhlükəsizlik Xidməti genişmiqyaslı maliyyə dolandırıcılıq şəbəkəsini aşkarladı.
Dolandırıcılar qrupu Azərbaycanda valyutanın qeyri-qanuni mübadiləsi və digər maliyyə maxinasiyaları ilə məşğul idi.
Rəsmi məlumata əsasən, qeyd olunan qrup 2017-ci ildə Azərbaycandan 80 milyon dollardan artıq pul çıxardıb.
İstintaq materiallarına görə, həmçinin, ölkədən deklarasiya edilməyən beş milyard rus rublu və 300 min avro çıxardılıb.
Azərbaycanın Xüsusi Xidməti tərəfindən yayılan məlumata görə, həbs edilənlər arasında bir nəfər Gürcüstan vətəndaşı Mamed İsmayılov da var.