Azərbaycanda 3,5 maqnitud gücündə zəlzələ baş verdi
Azərbaycanda 3,5 maqnitud gücündə zəlzələ baş verdi

Samux rayonunda zəlzələ baş verib.

Azərbaycan Respublikası Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 17:54-də Gəncədən 53 km cənub-qərbdə Samux ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,5, dərinliyi 11 km. olan zəlzələ hiss olunmayıb.

Azərbaycanda seysmik fəaliyyətin artdığını İlya Universitetinin Seysmik Monitorinq Milli Mərkəzi də göstərir.